...

Bişkekdə Asiya İnkişaf Bankının təşkilatçılığı ilə dəyirmi masa keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2005 18:00 (UTC +04:00)

Noyabrın 3-də Bişkekdə Mərkəzi-Cənubi Asiya regionunun inkişafı üzrə dəyirmi masa keçiriləcək. Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) Trend xəbər agentliyinə məlumat verilib.

Verilən məlumata görə, Asiya İnkişaf Bankı tərəfindən təşkil olunacaq tədbirdə regionun iqtisadi inkişaf perspektivləri müzakirə olunacaq. İki gün davam edəcək dəyirmi masada regionun müxtəlif ölkələrindən hökumət orqanları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları iştirak edəcək.

Tədbirdə iştirak edəcək ASK-nın prezidenti Ələkbər Məmmədov müzakirə olunan məsələlər ətrafında məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti