...

Əmanətlərin əhaliyə qaytarılması üçün 350 milyard manat ayrılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2005 13:34 (UTC +04:00)

"Əmanətlərin əhaliyə qaytarılması üçün 2006-cı il dövlət büdcəsindən 350 milyard manat ayrılacaq". Trend xəbər verir ki, bu barədə parlamentin iqtisadi-siyasət komissiyasının sədr müavini, millət vəkili Əli Əlirzayev bildirib.

Ə.Əlirzayev qeyd edib ki, əhaliyə əmanətlərin qaytarılmasını təmin edəcək qanun layihəsi hazırlanıb Prezident aparatına təqdim edilib: "Ola bilsin ki, qanun layihəsi parlamentin növbəti iclasında müzakirə edilsin. Əmanətlərin qaytarılma müddəti bu məqsədə ayrılan vəsaitin həcmindən asılı olacaq".

Millət vəkili onu da bildirib ki, əmanətlərin həcmi o vaxtkı rubulla indiki manat arasındakı niəbətdən asılı olacaq: "Əgər rublun dollara ekvivalenti götürülərsə bu əhali üçün sərfəli olacaq".

Xəbər lenti

Xəbər lenti