...

Azərbaycanda ehtiyat pullar 1,3% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2005 14:09 (UTC +04:00)

2005-ci il oktyabrın 1-də Azərbaycanda genişlənmiş pul bazası (ehtiyat pullar) 2005-ci ilin yanvarın 1-nə olduğundan 54,2 mlrd manat (+1,3%) çoxdur. Bu dövrodə manatın bazası 468,9 mlrd manat (14,6%) artıb. Azərpbaycanı Milli Bankından Trend ə verilən məlumata görə, oktyabrın 1-də genişlənmiş pul bazası 2004-cü il oktyabrın 1-i ilə müqayisədə 4113,9 mlrd manat (sentyabrın 1-dəki 4065 mlrd manata və ilin əvvəlindəki 4168,1 mlrd manata qarşı) təşkil edib, pul bazası isə (ehtiyat pullar) manatla 3669,1 mlrd manat (sentyabrın 1-dəki 3665,4 mlrd manata və ilin əvvəlindəki 3200,2 mlrd manata qarşı) olub.

Oktyabrın 1-də bank ehtiyatları 835,2 mlrd manat olub. Bankların müxbir hesablarındakı vəsait 411,3 mlrd manat (AzM -la 390,5 mlrd manat və QVH ilə 20,8 mlrd manat) olub. 31.10.2005-ci ildə Azərbaycanın Milli Bankı manatın dollara məzənnəsinin 4597 AzM/1 USD səviyyəsində müəyyən edib.

Xəbər lenti

Xəbər lenti