...

AKBA kredit birlikləri sahəsində qanunvericiliyə dəyişikliyin tərəfdarıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2005 16:19 (UTC +04:00)

Azərbaycan kredit birlikləri Assosiasiyası (AKBA) hökumətə Azərbaycanda kredit birliklərinin inkişafına dair bir sıra təkliflər təqdim etməyə hazırlaşır. Bu barədə Trend AKBA-nın təsis etdiyi "İcra kredit agentliyi" QBKT-da bildirilib. Təkliflər kredit birliklərinin gələcək inkişafı və onun fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək.Xüsusilə AKBA birliklərə əmanətlər cəlb etmək, eləcə də fiziki və hüquqi şəxslərə depozitlərə icazə verilməsi üçün "Kredit birlikləri haqqında" qanuna dəyişikliklər edilməsini təklif edir.

"İcra kredit agentliyi" QBKT Dünya bankı tərəfindən maliyyələşdirilən "Kənd təsərrüfatının inkişafı və k/t-nin kreditləşdirilməsi" layihəsi çərçivəsində təsis edilib, sonra isə AKBA tərəfindən alınıb.

DB-nin bu layihə çərçivəsində 10 il ərzində üç tranşla Azərbaycana $100 mln. həcmində kredit verəcəyi nəzərdə tutulur.Hazırda layihənin $33,65 mln. dəyərində qiymətləndirilən birinci mərhələsi gerçəkləşdirilir.

Xəbər lenti

Xəbər lenti