...

Fransa bankları Naxçıvan və Gəncə hava limanlarının yeni avadanlıqlarla təmin edilməsi layihəsini maliyyələşdirməkdə maraqlıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2005 16:54 (UTC +04:00)

Fransa bankları Naxçıvan və Gəncə hava limanlarının radionaviqasiya avadanlıqları ilə təchizatı layihəsini maliyyələşdirməyə maraq göstərirlər. Trend in məlumatına görə, bu barədə AZAL Dövlət Konserninin (DK) sədrinin hava limanlarının istismarı və tikintisi üzrə müavini Etibar Hüsynov məlumat verib. Banklar dövlət zəmanəti altında 15 milyon avro kredit ayırmağı təklif edirlər.

E.Hüseynov qeyd edib ki, hazırda Gəncə aeroportunda işlər davam etdirilir və sahəsi 14 min kvadrat metr olan aerovoğzalın karkası tikilir. Onun gələcəkdə 15 min kvadrat metrə çatdırılacağı gözlənilir. Həmçinin, sahəsi 2 min kvadrat metr olan yük terminalının da tikintisi davam edir. "Biz 15 noyabrda bu terminalı istismara verməyə hazırlaşırıq və ondan terminalın aerovoğzalının tikintisi başa çatana kimi sərnişinlər üçün istifadə etmək niyyətindəyik ", - deyə o bildirib.

Aeroportda bütün işlər dövlət büdcəsi hesabına həyata keçirilir. E.Hüseynovun sözlərinə görə, laüihənin ümumi dəyəri 200 milyard manat təşkil edir. Hazırda Siemens burada siqnalizasiyanı quraşdırır, "Azəraeronaviqasiya" şirkəti (AZAL DK-nin tərkibinə daxildir) ilə radionaviqasiya üzrə işləri yerinə yetirir.

E.Hüseynov qeyd olunur ki, aeroportun 2006-cı ilin ortalarında tam istifadəyə verilməsi nəzərdə tutub. Gəncə aeroportu saatda 300-500 sərnişin daşımaq qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti