...

Daşkənd Aviasiya İstehsalat Birliyinin nümayəndə heyəti noyabrda Bakıya gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2005 17:20 (UTC +04:00)

Noyabrın 2-4-də Çkalov adına Daşkənd Aviasiya İstehsalat Birliyinin nümayəndə heyəti Bakıya gələcək. Bu barədə AZAL Dövlət Konserninin sədrinin birinci müavini Arif Məmmədov Trend ə məlumat verib. Cari ildə AZAL İB ilə iki İL-76-90VD təyyarəsinin alınması üçün müqavilə imzalayıb.

Onun sözlərinə görə, səfərdə məqsəd bu təyyarələrinin tədarüküknün cədvəlinin müzakirəsidir.

İL-76 yük təyyarələri yüklərin daşınması üçün ən səmərəli nəqliyyat vasitəsi hesab edilir.

İL-76-90VD Beynəlxalq Mülki Aviasiya təşkilatının bütün tələblərinə cavab verir. İL-76-90VD dünyanın hər yeriən uçuşlar həyata keçirmək üçün sertifikat alıb və 50 tona qədər yük daşıya bilir.

Xəbər lenti

Xəbər lenti