...

AİB Mərkəzi və Cənubi Asiyanın inkişafına dair Dəyirmi masa keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2005 13:43 (UTC +04:00)

Asiya inkişaf bankı (AİB) noyabrın 3-4-də Bişkekdə Mərkəzi və Cənubi Asiyanın inkişafı məsələlərinə dair Dəyirmi masa keçirməyi planlaşdırır. Trend bildirir ki, Azərbaycan sahibkarlar təşkilatı Milli Konfederasiyasının (ASTMK) məlumatında deyilir ki, dəyirmi masanın işində ASTMK rəyasət heyətinin üzvü Rafiq Əliyev də iştirak edəcək.

Dəyirmi masada regionun inkişafı perspektivləri, regionun biznes-struktur əməkdaşlığının genişləndirilməsi, regionun inkişafı istiqamətində növbəti addımlar, Mərkəzi Asiya regionunda, eləcə də Mərkəzi və Cənubi Asiya Nəqliyyat və ticarət forumu ilə iqtisadi əməkdaşlıq Proqramı çərçivəsində biznes imkanları, regionda investisiya və ticarət imkanlarının genişləndirilməsi, özəl sektor şəbəkəsinin yaradılması və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Tədbirin işində Mərkəzi və Cənubi Asiya ölkələrinin dövlət və qeyri-dövlət strukturlarının, beynəlxalq təşkilatların, işgüzar dairələrin nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti