...

BIHE 2005 sərgisinin iştirakçılarının təxminən 30%-i Azərbaycan şirkətləridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2005 14:00 (UTC +04:00)

"Səhiyyə" - BIHE 2005 11-ci beynəlxalq sərgisi iştirakçılarının təxminən 30%-i Azərbaycan şirkətləridir. Bu barədə Trend ə Iteca Caspian Ltd-nin sərgi üzrə meneceri Samirə Teymurova bildirib.

Onun sözlərinə görə, iştirakçıların 20%-ə yaxını Türkiyə, yerdə qalan isə ABŞ, Avstriya, Macarıstan, İran, Rusiya, Ukrayna, Hindistan, Yaponiya və digər ölkələrin şirkətləridir. "Ümumilikdə sərgidə dünyanın 19 ölkəsindən 100 şirkət iştirak edəcək", - deyə menecer qeyd edib.

Sərginin əsas bölmələri: əczaçılıq, tibbi və stomatoloji avadanlıqlar, tibbdə elektronika, optika və oftalmologiya, təcili tibbi yardım, apteklər, tibbi müəssisələr üçün avadanlıq və mebel, gigiyena vasitələrinin diaqnostikası, sağlamlıq və gözəllik, kosmetologiya, pəhriz, xidmətlər, xəstəxana, tibbi təhsil, ekologiya və innovasiya xidmətləri, sığorta.

4 gün davam edəcək sərgi noyabrın 2-də Bakıda Heydər Əliyev adına sərgi- idman kompleksində öz işinə başlayacaq.

Sərginin keçirilməsinə Azərbaycanın Səhiyyə Nazirliyi, Ticarət-Sənaye Palatası və Stomatoloqlar Assosiasiyası tərəfindən rəsmi dəstək göstərilir.

Xəbər lenti

Xəbər lenti