...

Azərbaycan Milli Bankı notların yerləşdirilməsi üzrə hərracın keçirlməsi barədə elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2005 16:06 (UTC +04:00)

Noyabrın 1-də Azərbaycan Milli Bankı qısamüddətli notların yerləşdirilməsi üzrə hərracın keçirilməsi barədə elan edib. Bakı Fond Birjasından Trend ə verilən məlumata görə, hərrac noyabrın 2-də keçiriləcək.

AMB-nin 50100611S dövlət qeydiyyat nömrəli qısamüddətli notları hərraca çıxarılacaq. Emissiyanın həcmi 60 mlrd manat (12 mln denominasiya edilmiş manat), bir notun dəyəri 1 mln manat (200 denominasiya edilmiş manat), notların dövriyyə müddəti 28 gün, ödəmə vaxtı isə 30 noyabr tarixidir.

Beləliklə, 2005-ci ildə AMB 1235 mlrd manat (qeydiyyata alınmış 2 trln manat məbləğində emissiyanın 61,75%) həcmində notları (45 buraxılış) satışa çıxarıb, 44 buraxılışdan isə 683,146 mlrd manat cəlb edib.

Xəbər lenti

Xəbər lenti