...

Bakı fond birjasının ümumi tədavülü təxminən 1,7 trln. manat təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2005 17:06 (UTC +04:00)

2005-ci ilin yanıar-oktyabr aylarında Bakı fond birjasının (BFB) ümumi tədavülü 1 742 476 670 114 manat təşkil edib. 2004-cü ilin analoji dövründə bu rəqəm 245 449 260 620 manat təşkil edirdi. Trend bildirir ki, bu barədə BFB-nin rəsmi məlumatında deyilir. 2004-cü il ərzində birjanın bütün tədavülü 467 354 495 643 manat təşkil edib. Beləliklə, BFB-nin tədavülü 10 ay ərzində ötən ilin analoji dövrünün göstəricisini 7,1 dəfə üstələyib.

Bu dövr ərzində Milli bankın notlarının yerləşdirilməsinin həcmi 704 399 326 900 manat təşkil edib.Notların ikinci bazarında tədavül 79 281 142 800 manat təşkil edib. Ötən ilin həmin dövrü ərzində Milli bankın notlarının yerləşdirilməsinin həcmi 63 810 187 800 manat, notların ikinci bazarında isə 99 730 000 manat təşkil edib.

Maliyyə nazirliyinin QMİ-nin yerləşdirilməsinin həcmi bu dövr ərzində 232 603 834 100 manat təşkil edib. 2004-cü ilin 10 ayı ərzində analoji göstərici 79 106 009 600 manat təşkil edib. QMİ-nin ikinci bazarında sövdələşmə 12 770 725 800 (2004-cü ilin yanvar-oktyabrında QMİ-nin ikinci bazarında tədavül 6 380 354 500 manata bərabər idi) olaraq bağlanıb.

Aksiyaların yerləşdirilməsinin həcmi 175 999 357 000 manat təşkil edib. 2004-cü ilin yanvar-oktyabr ayları ərzində aksiyaların yerləşdirilməsinin həcmi 15 216 268 000 manat təşkil edib. Aksiyaların ikinci bazarında hərracların həcmi 21 958 358 302 manat (2004-cü ilin yanvar-sentyabrında 2 382 931 400 manat) təşkil edib.

Bu dövr ərzində korporativ istiqrazların həcmi 11 282 922 169 manat (2004-cü ilin yanvar-oktyabrında 54 966 801 198 manat məbləğində istiqrazlar yerləşdirilib) təşkil edib. Bu seqmentdə hərracların ikinci bazarında həcmi 4 396 744 665 manat, ötən ilin yanvar-sentyabrında isə bu göstərici 23 486 978 122 manat təşkil edib.

2005-ci ilin yanvar-oktyabrında notların ümumi məbləği 499 784 258 378 manat olan repo sazişi keçirilib.

Xəbər lenti

Xəbər lenti