...

Hazırda mikromaliyyə fəaliyyəti ilə məşğul olan təşkilatların kredit portfeli 52 milyon dollar təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2005 18:19 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən 19 mikromaliyyə təşkilatı tərəfindən indiyədək müştərilərə təqribən 178,5 milyon dollar həcmində kredit verilib. Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasından (AMA) Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, hazırda bu təşkilatların ümumi kredit portfelinin həcmi 52 milyon dollardır. Bu mikromaliyyə təşkilatlarının 64 mindən çox aktiv müştərisi vardır ki, bunların da 39%-ni qadınlar təşkil edir. Bu ilin sonunadək isə müştərilərə verilən kreditin həcminin 200 milyon dollara çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, fəaliyyət göstərən mikromaliyyə təşkilatları tərəfindən müştərilərə 100 dollardan 125 min dollaradək kredit verilir.

Xatırladaq ki, AMA 2001-ci ilin dekabrında 8 təşkilatın təsisçiliyi ilə yaradılmışdır. Hazırda təşkilatın 15 üzvü vardır. Bunlardan 14-ü bilavasitə mikromaliyyə fəaliyyəti ilə məşğul olur, 15-ci təşkilat "Mercy Corps" isə bir neçə mikromaliyyə təşkilatına mikro kreditlər verməsi üçün vəsait ayırır. Yerdə qalan və yenicə mikromaliyyə fəaliyyəti ilə məşğul olmağa başlayan digər təşkilatların da yaxın gələcəkdə AMA-ya üzv olması gözlənilir.

Xəbər lenti

Xəbər lenti