...

Noyabrın sonunda Lənkəranda əlillər üçün reabilitasiya mərkəzi istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2005 14:32 (UTC +04:00)

Noyabrın sonunda Lənkəranda əlillər üçün reabilitasiya mərkəzi istismara veriləcək. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin inşaat sektorundan Trend ə verilən məlumata görə, hazırda bu obyekt üzrə tikinti işlərinin böyük hissəsi başa çatıb.

Nazirlikdə bildirilib ki, 4800 m2 sahəsi olan mərkəzin tikintisi üzrə işlərin icraçısı nazirlik tərəfindən elan edilmiş əvvəlki tenderin qalibi yerli Azərkurort Tikinti Təmir şirkətidir.

Nazirlikdə o da qeyd olunub ki, ilin sonuna kimi ölkənin bir sıra regionlarında Qarabağ əlilləri və şəhid ailələri üçün 2 mərtəbəli yaşayış binalarının istismara verilməsi gözlənilir.

Bu tədbirlər 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti