...

Atəshgah sığorta haqqı və nizamnamə kapitalı göstəricisinin artımını planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2005 16:08 (UTC +04:00)

İlin sonunadək Atəshgah Azərbaycan-Rusiya birgə şirkəti sığorta haqqının ümumi həcmini 70 mln. manat göstəricisi səviyyəsinə çıxarmağı planlaşdırır. Bu barədə Trend ə sığorta şirkətinin rəhbəri İntiqam Hüseynov bildirib.

"Düşünürəm ki, cari ilin sonunadək ötən ilə bərabər göstəricilərə nail olacağıq. 2006-cı ildə də biz analoji göstəriciləri planlaşdırırıq, bununla da ölkənin sığorta bazarı genişlənəcək. Amma bazarda güclü oyunçular görünür və şirkətlərin bazarı öz aralarında necə bölüşdürəcəyi sual olaraq qalır" -deyə o qeyd edib.

O, həm də qeyd edib ki, hazırda şirkətin nizamnamə kapitalının 1,5 mlrd. manatdan 6 mlrd. manatadək artırılması məsələsi həll edilir. "Şirkətin xalis aktivləri indi 15 mlrd. manat təşkil edir" -deyə qeyd edib.

Cari ilin üç rübünə əsasən sığorta haqları 51,2 mlrd. manat (ötən ilin analoji dövrünə nisbətdə +1,3%), ödəmələr - 6,3 mlrd. manat (+57,7%) təşkil edib.

Xəbər lenti

Xəbər lenti