...

"Bakı metropoliteni" jeton əvəzinə yeni sikkələrdən istifadə etməyəcek

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2005 17:21 (UTC +04:00)

"Bakı metropoliteni İstehsalat Birliyi" dəyəri 5 qəpik olan yeni sikkələrdən (denominasiya olunmamış pulla 250 manat) metrodakı qatarlar üçün .dənilən jetonların əvəzinə istifadə olunmayacaq. Bu barədə Trend ə İB-nin baş mühəndisi Elbrus Muradov bu barədə KİV-də yayılan məlumatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, denominasiyadan sonra metroda əvvəlki kimi dəyəri 5 qəpik olan jetonlardan istifadə olunacaq. E.Muradov qeyd edib ki, hazırda metroda jetonların əvəzinə işləniləcək çip-kartların tətbiqi ilə bağlı işlər aparılır.

Bakı metropolitenində çip-kartlardan istifadəyə aprelin əvvəllərində başlanılıb. Metronun "Elmlər Akademiəsı" ("Akademiya Hauk") stansiyasında kartların qəbulu üçün bir eksperimental qurğu quraşdırılıb. Bakı metropoliteni digər stansiyalarda da analoji qurğuların quraşdırılmasını planlaşdırır. Kartların dəyəri $4 təşkil edir.

Metropolitendə çip kartların tətbiqi üzrə pilot layihəsinə Azərbaycanın Beynəlxalq Bankı cəlb olunub. Iisa kartları Azərikard şirkəti tərəfindən buraxılır.

Avtomatlaşdırma 2007-ci ilə kimi metroya keçid üçün jetonlardan imtina edilməsi və metropolitenə dövlət dotasiyasının real səviyyəsini aşkara çıxarmaq məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti