...

Noyabrın 9-da Azərbaycanda "quş qripinin" yayılmasının müəyyən edilməsi üzrə növbəti monitorinq aparılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2005 13:24 (UTC +04:00)

Noyabrın 9-da saat 06:00-da Azərbaycanda "quş qripinin" yayılmasının müəyyən edilməsi üzrə növbəti monitorinq aparılacaq. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq laboratoriyasının direktoru Elman Əsgərov məlumat verib. Monitorinq baytarlıq xidmətinin, Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirliklərinin mütəxəssisləri, o cümlədən Azərbaycan Ovçular Cəmiyyətinin iştirakı ilə aparılacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında baytarlıq xidmətinin rəhbəri Emin Şahbazovun sözlərinə görə, bu, ölkə səviyyəsində keçirilən sayca 3-cü monitorinqdir. Abşeronda, Şirvan, Ağgöl milli parklarında, Qızılağac Dövlət qoruğunda, Xəzər dənizinin sahilində aparılan monitorinqlər nəticəsində bu xəstəliyin heç bir əlaməti aşkar olunmayıb.

"Növbəti monitorinq də elə bu ərazilərdə aparılacaq", - deyə E.Şahbazov qeyd edib.

Bundan başqa quş qripi xəstəliyinin aradan qaldırılması məqsədilə sərhədlərdə nəzarət gücləndirilir, müvafiq işlər aparmaq üçün ayda 2 dəfə broyler müəssisələrinin rəhbərləri ilə görüş keçirilir.

Xəbər lenti

Xəbər lenti