...

Kənd təsərrüfatı naziri FAO konfransında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2005 13:53 (UTC +04:00)

AR kənd təsərrüfatı naziri İsmət Abbasov BMT-nin Qida və Kənd təsərrüfatı Təşkilatı Konfransının (Food and Agriculture Organization of the United Nations FAO Conference) 33-cü sessiyasında iştirak edəcək. K/t nazirliyində Trend ə bildirilib ki, tədbir noyabrın 19-dan 26-dək İtaliyada keçiriləcək.

FAO- BMT-nin əsası 1945-ci il oktyabrın 16-da qoyulmuş və 150-dən çoxüzvü olan ilk ixtisaslaşdırılmış müəssisəsidir. Təşkilatın məqsədi k/t sahəsi, qida məhsullarının, meşə və balıq emalı sənayesi məhsullarının istehsalında texniki yardımın təmin edilməsidir. FAO-nun mənzil-qərargahı Romada yerləşir.

Dövlət strukturunda qeyd olunub ki, nazir konfransda təşkilatın tam hüquqlu üzvü kimi Azərbaycanın səsvermə hüququnun bərpa edilməsi məsələsinə xüsusilə toxunacaq. "Azərbaycan 1995-ci ilin oktyabrından FAO-nun üzvüdür.Amma bəzi vaxtlarda üzvlük haqqının ödənməməsi ilə bağlı olaraq təşkilat tərəfindən Azərbaycanın səsvermə hüququnun ləğv edilməsinə dair qərar qəbul edilib. Azərbaycanın 2004-cü ildə FAO-ya borcların ödənməsinə hazır olduğunu rəsmən bildirməsinə baxmayaraq ölkənin səsvermə hüququ bərpa edilməyib" -deyə nazirlikdə bildirilib.

İ.Abbasov öz çıxışında təşkilatın rəhbərliyi qarşısında adıçəkilən vəziyyəti, eləcə də FAO-nun Bakıda nəzərdə tutulan nümayəndəliyinin açılması ilə bağlı vəziyyətə aydınlıq gətirilməsi, birgə layihələrin artırılması yolu ilə əməkdaşlığın genişləndirilməsi və digər bu kimi məsələləri qeyd etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti