...

Milli valyutanın 3,2 trln. manat məbləğində banknot və pulları tədavüldədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2005 14:19 (UTC +04:00)

Azərbaycan Milli Bankının (AMB) bölüşdürülməmiş gəliri cari ilin doqquz ayı ərzində 72,706 mlrd. manat təşkil edib. AMB-də Trend ə bildirilib ki, bankın kapital ehtiyatları 430,773 mlrd. manat, nizamnamə kapitalı 50 mlrd. manat təşkil edib. Beləliklə,AMB-nin ümumi kapitalı 553,479 mlrd. manata bərabərdir.

Otyabrın 31-nə olan vəziyyətə görə, AMB-nin aktivləri 7 616,38 mlrd. manata bərabər olub, bundan nağd pulların payına 59,243 mlrd. manat, Beynəlxalq valyuta fondunun əlavələri 1 194,459 mlrd. manat, investisiya qiymətli kağızları 770,617 mlrd. manat, kredit təşkilatlarına tələbat334,582 mlrd. manat, əlavə faiz gəlirləri 43,719 mlrd. manat, əsas vəsaitlər 75,045 mlrd. manat, qeyri-maddi aktivlər - 18,765 mlrd. manat, digər aktivlər - 337,427 mlrd. manat düşür.

AMB-nin öhdəlikləri strukturunda tədavüldə olan banknot və pullar 3 196,191 mlrd. manat, dövlət strukturları qarşısında öhdəliklər 919,952 mlrd. manat, kredit təşkilatları qarşısında öhdəliklər 772,822 mlrd. manat, digər depozit hesabları 0,724 mlrd. manat, satılmış qiymətli kağızlar 161,116 mlrd. manat, Beynəlxalq valyuta fondu qarşısında öhdəliklər 1 974,507 mlrd. manat, digər maliyyə institutları qarşısında öhdəliklər 29,648 mlrd. manat, əlavə faiz xərcləri 3,815 mlrd. manat, digər öhdəliklər 4,127 mlrd. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti