...

İşgüzar birliklərin liderləri Mərkəzi və Cənqubi Asiya üçün biznes-strukturların regional dəyirmi masasını formalaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2005 15:44 (UTC +04:00)

Mərkəzi və Cənubi Asiyanın işgüzar birliyinin 40-dan artıq lideri regionda iqtisadi əməkdaşlıqda özəl sektorun iştirakını genişləndirmək məqsədilə Biznes-Strukturların Regional Dəyirmi Masasını (BSRDM) yaratmaq üçün görüşüblər. Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, BSRDM-da Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Hindistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Rusiya Federasiyası, Taciskistan və Özbəkistandan olan nümayəndələr iştirak edirlər.

BSRDM-nın hazırlıq iclası Mərkəzi Asiya Rekgional İqtisadi Əməkdaşlıq (MARİƏ) məsələləri üzrə II Nazir konfransının bilavasitə ərəfəsində keçirilir. İclasda Mərkəzi və Cənubi Asiya ölkələri üçün BSRDM-nın Bişkək fəaliyyət planı işlənib hazırlanacaq.

Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kuroda bildirib ki, Mərkəzi və Cənubi Asiya üçün biznes strukturların regional dəyirmi masası dövlət və özəl sektor arasında əlaqələrin saxlanması üçün mühüm kanal, sərhədlərə baxmadan investisiya və ticarətin həcminin artırılmasına yardım üçün vasitə və milli işgüzar birlikləri bir-birləri və bütün dünya ilə əlaqələndirən mühüm həlqə olacaq.

Xəbər lenti

Xəbər lenti