...

Lənkəran rayonunda paxlalı və dənli bitkilərin yığımı başa çatdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2005 17:01 (UTC +04:00)

Lənkəran rayonunda qarğıdalı da daxil olmaqla paxlalı və dənli bitkilərin yığımı başa çatdırılıb. Rayonun İcra hakimiyyətində Trend ə bildirilib ki, 2005-ci ilin üç rübü ərzində 2 352 hektar sahədən taxıl yığımı başa çatdırılıb, nəticədə 4949 ton taxıl alınıb. Paxlalı və dənli bitkilər əkilmiş bir hektarın orta məhsuldarlığı 21 sentner təşkil edib ki, bu da ötən illə müqayisədə 2,4 sentner çoxdur.

Dənli bitkilərin yığımında aparıcı yeri buğda tutur. Bütün məhsulun 3395 tonunu yaxud 68,6%-ni məhz yazlıq buğda tutur. Buğda əkilmiş bir hektarın orta məhsuldarlığı 20,3 sentner təşkil edir ki, bu da ötən illə müqayisədə 1,8 sentner çoxdur.

Düyü əkilmiş 36 hektar sahədə 306 ton məhsul yığılıb.

Xəbər lenti

Xəbər lenti