...

Azərbaycan Milli bankı notlar üzrə hərrac keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2005 14:24 (UTC +04:00)

Azərbaycan Milli bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib. Bakı fond birjasında (BFB) Trend ə bildirilib ki, AMB-nin 50100711S dövlət qeydiyyat nömrəli qısamüddətli notları hərraca çıxarılıb.

Yerləşdirmə həcmi nominal üzrə (7 406 200 denominasiya edilmiş manat) 37 031 000 000 manat təşkil edib. 47 032 000 000 manat (9 406 400 denominasiya edilmiş manat) həcmində ərizələr 99.05% (gəlirlilik - 12.33%) 99,09%-dək (gəlirlilik - 11.81%) diapazonunda verilib.

AMB tərəfindən kəsmə qiyməti 99.07% (gəlirlik - 12.07%) müəyyən edilib, orta qiymət 99.08% (gəlirlik - 11.94%) təşkil edib. Notların ödənmə tarixi 7 dekabr 2005-ci ildir.

Beləliklə, 2005-ci ildə AMB 46 buraxılış vasitəsilə satışa 1285 mlrd. manat (ildə 2 trln. manat emissiya olaraq qeydə alınmış 64,25%) həcmində not çıxarıb və 46 buraxılış vasitəsilə yalnız 720,177 mlrd. manat cəlb edib.

Xəbər lenti

Xəbər lenti