...

Azərbaycanda lizinq konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2005 17:28 (UTC +04:00)

Azərbaycan lizinq şirkətləri təşkilatı (ALŞA) konfrans keçirməyi planlaşdırır. Assosiasiyanın rəhbəri Ceyhun Məmmədbəyli eksklüziv olaraq Trend ə bildirib ki, konfransın keçirilməsi 2005-ci il noyabrın sonu -dekabrın əvvəlinə planlaşdırılıb.

"Biz konfransı Sumqayıtda keçirməyi nəzərdə tuturuq. Konfransın keçirilməsində əsas məqsəd lizinq kimi maliyyə vasitəsi barədə məlumatlandırılmanın yüksəldilməsi olacaq. Tədbirin keçiriləmsi həm də lizinqin təşviqinə xidmət edəcək, belə ki, bu, lizinq şirkətləri ilə potensiallı müştərilər arasında əməkdaşlığa yeni təkan verəcək" -deyə o qeyd edib.

2005-ci ilin oktyabrında Bakıda "Lizinqin rolu və milli istehsalın inkişafı" mövzusunda dəyirmi masa keçirilib. Təşkilatçı Azərbaycan prezidenti yanında sahibkarlıq Şurasının İşçi qrupu və ALŞA olub.Dəyirmi masanı keçirməkdə məqsəd Azərbaycanda lizinq əməliyyatlarının inkişafı və ölkənin xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarlarının həmin maliyyə institutu ilə tanışlığı idi.

Xəbər lenti

Xəbər lenti