...

Tarif Şurasının statusu artırıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2005 13:16 (UTC +04:00)

Tarif Şurasının yeni Nizamnaməsinin layihəsinə görə, bu təşkilatın statusu artırıla bilər. Azərbaycanın Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, yeni Nizamnamənin layihəsi artıq hazırlanıb və baxılmaq üçün Azərbaycan prezidentinin İcra Aparatına təqdim edilib.

"Nizamnamənin layihəsi İqtisadi İnkişaf Nazirliyi (İİN) yannıda Tarif Şurasının (TŞ) saxlanılmasını, TŞ yanında Katibliyin yaradılmasını və təşkilatın özünün statusunun artırılmasını nəzərdə tutur.İİN yanında TŞ-nın saxlanılmasına baxmayaraq, yeni Nizamnamənin layihəsinə görə, buraya .lkənin digər nazirlik və idarələri də daxil olacaq. TŞ-nın yanında yaradılacaq mal və xidmətlərin, eləcə də TŞ-nın nizamladığı tariflərin maya dəyərinin analizinin aparacaq Katiblik, həmçinin, öz təkliflərini TŞ-na təqdim edəcək. Statusun artırılmasına gəldikdə isə Nizamnamə layihəsinə görə, TŞ-nın qəbul etdiyi qərarlar Nazirlər Kabineti tərəfindən onların təsdiqlənməsi zamanı da qüvvədə olacaq ", - deyə Nazirlər Kabinetindən bildirilib.

Azərbaycan prezidentinin "Azərbaycan Respublikasında antiinhisar tədbirlərinin gücləndirilməsi barədə" fərmanının 4.2 bəndində Nazirlər Kabinetinə "Tarif Şurasının çevik fəaliyyətinin təmin edilməsi məqsədilə onun haqqında yeni Nizamnamənin layihəsinin iki ay ərzində hazırnması və prezidentə təqdim olunması" tapşırılıb.

Xəbər lenti

Xəbər lenti