...

Azərbaycanın Nazirlər Kabineti 2006-cı il büdcəsi barədə fərmanla bağlı öz təkliflərini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2005 16:26 (UTC +04:00)

Azərbaycan prezidentinin İcra Aparatı prezidenti 2006-cı il dövlət büdcəsi barədə fərmanının layihəsinin işlənilməsinə başlayıb. Azərbaycanın Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, Nazirlər Kabineti artıq bu fərmanla bağlı öz təklifini təqdim edib.

Hazırda təklifə İcra Aparatında baxılır.

Fərmanın imzanacağı tarix hələlik dəqiqləşdirilməyib.

Azərbaycan parlamenti 2006-cı il üzrə dövlət büdcəsinin layihəsinin mədaxil hissəsinin 3 406 315,3 min denominasiya olunmuş manat (parlamentə təklif olunan variantdan 2 miln denominasiya olunmuş manat aşağıdır), məxaric hissəsi 3 594 315,3 min denominasiya olunmuş manat (parlamentə təklif olunmuş variantdan 28 miln denominasiya olunmuş manat çoxdur) göstəriciləri ilə verilib. Büdcə kəsiri 188 miln denominasiya olunmuş manat (parlamentə təklif olunmuş variantdan 30 miln denominasiya olunmuş manat çoxdur) səviyyəsində göstərilib.

Xəbər lenti

Xəbər lenti