2005-ci ilin 10 ayı ərzində Azərbaycanın ticarət obyektlərində 18,8 trln manat məbləğində mal satılıb. Azərbaycan Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, bu, keçən ilin analoji dövrü ilə müqayisədə 12,5% çoxdur.
Malların 19,3%-i hüquqi şəxslər, 35,1%-i yarmarkalarda, 11,4%-i kənd təsərrüfatı məhsulları bazarlarında, 34,2%-i digər obyektlərdə ticarət fəaliyyət ilə məşğul olan sahibkarlar tərəfindən satılıb.
Əmtəə dövriyyəsinin 12,4 trln manatını ərzaq, 6,4 trln manatını isə qeyri-ərzaq malları təşkil edib. Bu, keçən ilin həmin dövr göstəricisindən 9,8% və 19,5% çoxdur.
İlin əvvəlindən əhaliyə 3,8 trln manat məbləğində pullu xidmət göstərilib. Bu göstərici 2004-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 21,6% çoxdur.
Xidmətlərin üçdə iki hissəsindən çoxu, yəni 72,2%-i hüquqi şəxslərin payına düşüb. Onlar əhaliyə 24,5%-dən artıq xidmət göstəriblər.