...

Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Fransada keçirilən piratçılıq və saxtakarlıqla mübarizəyə həsr olunmuş qlobal konqressdə iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2005 16:27 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14-də Lionda işinə başlamış və piratçılıq, o cümlədən saxtakarlıqla mübarizəyə həsr olunmuş II qlobal konqressdə iştirak edir. Trend in xəbər verdiyi kimi, bu barədə DGK-nın noyabrın 14-də yayılmış press-relizində bildirilir.

Tədbirin təşkilatçıları Dünya Gömrük təşkilatı və İnterpoldur, o, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, aparıcı beynəlxalq qeyri-hökumət təşkilatları, saxtakarlıqla mübarizə üzrə qlobal ticarət rəhbərləri Alyansı, beynəlxalq ticarət nişanları Assosiasiyası və beynəlxalq təhlükəsizliyi idarəetmə Assosiasiyasının iştirakı və dəstəyilə keçirilir.

Konqressdə müzakirə olunan əsas mövzular piratçılıq və saxtakarlıqla mübarizənin həyata keçirilməsi, müəllif hüquqlarının pozulması, həmçinin, müxtəlif saxta ticarət nişanları ilə mübarizə məsələləridir.

Konqressin yekun hesabatında gələcək fəaliyyətin istiqamətləri müəyyən olunacaq.

Tədbir noyabrın 15-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti