...

Dünya Bankının missiya rəhbəri Bakıya səfərə gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2005 16:46 (UTC +04:00)

Noyabrın 15-də Dünya Bankının (DB) "Kənd icmalarına investisiyalar" layihəsinin rəhbəri Culiya Lampietti Bakıya səfərə gələcək. Bankın Bakı nümayəndəliyindən Trend xəbər agentliyinə verilən məlumata görə, səfərdə əsas məqsəd layihənin icrası vəziyyəti ilə tanış olmaqdır. Bu məqsədlə C.Lampietti layihəni icra edən Kənd Təsərrüfatı Nazirliyində görüşlər keçirərək layihə çərçivəsində görülən işlərlə tanış olacaq. Layihə rəhbəri noyabrın 23-də səfərini başa vuracaq.

Xatırladaq ki, dəyəri 15 milyon dollar olan və icrası 2009-cu ildə başa çatacaq "Kənd icmalarına investisiyalar" layihəsinin həyata keçirilməsində əsas məqsəd kənd icmalarında yaşayış səviyyəsinin qaldırılması üçün mikro layihələrin icrasına yardım etmək və infrastruktur xidmətlərinin (yolların təmiri, su təchizatı, məktəb və poliklinikaların təmiri və s.) səviyyəsini qaldırmaqdır.

Xəbər lenti

Xəbər lenti