...

ÜDM-nin əhalinin adambaşına düşən göstəricisi 22,2% artaraq $1 181 təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2005 18:38 (UTC +04:00)

Cari ilin on ayı ərzində Azərbaycan ÜDM ötən ilin analoji göstəricisi ilə müqayisədə 23,4% artıb. Trend bildirir ki, beləliklə, ÜDM göstəricisi 2005-ci ilin 1 yanvarına olan vəziyyətə əsasən, 46,4 trln. manat təşkil edib.

Ölkə ÜDM-də istehsal payı 60,5%-dən 65,4%-dək artıb, xidmətlər isə 32%-dən 25,5%-dək azalıb.

Sənayenin neft-qaz sektorunda hasilat və emal payı 42,1% təşkil edib, iqtisadiyyatın qeyri-neft sektorunun payına 49,8% düşüb. Məhsuldan və idxaldan xalis vergilər ÜDM-də 8,1% təşkil edib. Bu dövr ərzində sənayedə ÜDM 22,5 trln. manat təşkil edib ki, bu da ÜDM-dən 48,6% təşkil edir, kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda 3,2 trln. manat (6,9%) əlavə dəyər, tikinti sektorunda - 4,6 trln. manat (9,9%), nəqliyyat sektorunda - 2,8 trln. manat (5,9%), rabitə sektorunda - 1 trln. manat (2,2%), topdan və pərakəndə ticarət, avtomobil sahəsi, məişət əşyaları və xidmət sahəsində - 3,2 trln. manat (6,9%), restoran və mehmanxana sektoru - 303,5 mlrd. manat (0,7%), sosial və digər xidmətlərin göstərilməsi - 5 trln. manat (10,8%) təşkil edib.

ÜDM-nin əhalinin adambaşına olan göstəricisi 22,2% artaraq 5,6 mln. manat yaxud $1 181 təşkil edib.

Xəbər lenti

Xəbər lenti