...

Əhalinin pul gəlirləri 26,8% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2005 18:48 (UTC +04:00)

Cari ilin on ayı ərzində əhalinin pul gəlirləri nominal üzrə 30,6 trln. manat təşkil edib.Dövlət statistika komitəsində Trend ə bildirilib ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 26,8% yaxud 6,5 mlrd. manat çoxdur.

Hesabat dövrü ərzində əhalinin adambaşına pul gəlirləri 25,5% artmış və 3,7 mlrd. manat təşkil etmişdir ki,bu da orta aylıq hesablama nəzərə alınmaqla aylıq 370,3 min manat təşkil edir.

Vergi ödəmələrindən, digər ödəmələrin həyata keçirilməsindən sonra əhalinin pul

Gəlirləri 29,2 trln. manat təşkil edir ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 26,8% yüksəkdir və adambaşına olan göstəricini 3,5 mln. manata çatdırır.

Cari ilin on ayı ərzində əhalinin xərclərinin 59,4%-i malların alınmasına, 12,7%-i müxtəlif xidmətlərə, 2% əmanətlərin artırılmasına, 21,4% xarici valyuta alışına, 4,5% vergilərin ödənməsi və könüllü üzvlük haqlarına yönəldilib.

Xəbər lenti

Xəbər lenti