...

AYİB-nin direktorlar Şurası Azərbaycanın kommersiya bankının kapitalında iştiraka dair məsələni bəyənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2005 20:04 (UTC +04:00)

Noyabrın 15-də Avropa yenidənqurma və inkişaf bankı (AYİB) direktorlar Şurası Azərbaycanın "Azərdəmiryolbank" kommersiya bankının aksiyalarının əldə edilməsi məsələsini bəyənib. Bu barədə Trend ə "Azərdəmiryolbank" da bildirilib.

AYİB-nin rəsmi bəyanatına əsasən, layihənin gerçəkləşdirilməsi bankın 25%+1 aksiyalarının və "səs hüququ"nun əldə edilməsini nəzərdə tutur. Layihənin dəyəri $2,5 mln. təşkil edir.

AYİB-nin məlumatına əsasən, "Azərdəmiryolbank" hazırda 2004-cü il ərzində auditin nəticələrinə müvafiq olaraq$29 mln. aktivə və $5,7 mln. kapitala malik bankdır.

Layihənin gerçəkləşdirilməsi həmçinin TACIS Avropa birliyi proqramları tərəfindən kiçik və orta sahibkarlığın kreditləşdirilməsi prosesinin sürətləndirilməsi üçün texniki yardım göstərilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti