...

AR Vergilər Nazirliyinin Bakı vergilər departamenti rəisinin vəzifələrini Natiq Əmirov icra edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2005 20:16 (UTC +04:00)

AR Vergilər Nazirliyinin Bakı vergilər departamenti rəisinin vəzifələrini Natiq Əmirov icra edir. AR Vergilər Nazirliyində Trend ə bildirilib ki, hazırda Natiq Əmirov nazirin müavini, baş vergi xidməti müşaviri vəzifəsini tutur.

Bundan öncə, AR Vergilər Nazirliyi Bakı vergi departamentinin rəisi, III dərəcəli vergi xidməti müşaviri Manaf Bayramov tutduğu vəzifədən azad edilib. Vergilər Nazirliyində bildirilib ki, M.Bayramov nizam-intizam qaydalarını pozduğuna, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozun nəzərdə tutulan həcmdə yerinə yetirilməsini təmin etmədiyinə görə tutduğu vəzifədən azad edilib.

Nazirlikdə qeyd olunub ki, M.Bayramovun tutduğu vəzifədən azad edilməsi heç bir siyasi motivlərlə bağlı deyil, Vergilər Nazirliyinin daxili kadr dəyişikliklərinin nəticəsidir.

Xəbər lenti

Xəbər lenti