...

Aqrolizinq ASC növbəti bazasını dekabrda Xaçmazda açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2005 11:31 (UTC +04:00)

Aqrolizinq ASC növbəti regional bazasını Xaçmazda açmağı planlaşdırır. ASC-nin lizinq layihələrinin inkişafı və regionlarla iş üzrə şöbəsinin müdiri Bəşir Xəlilovun Trend ə bildirdiyi kimi, tədbirin dekabrın əvvəllərində həyata keçirilməsi plvanlaşdırılır. Bu, müəssisənin üçüncü bazası olacaq. Birinci baza noyabrın əvvəlində Əli-Bayramlıda istismara verilib, ikinci baza bu günlərdə kənd təsərrüfatı naziri İsmət Abbasovun iştirakı ilə Şəkinin Cəfərabad kəndində açılacaq. Hazırda bu bazada kənd təsərrüfatı texnikası yerləşdirilib.

Xaçmazda açılacaq yeni bazaya gəldikdə, ASC nümayəndəsi qeyd edib ki, hazırda tikinti üçün ərazi ayrılır, texnika yerləşdirilir və digər təşkilati məsələlər həll edilir.

Aqrolizinq ASC tərəfindən 92 mlrd manat dəyərində 1000-dən artıq kənd təsərrüfatı texnikası alınıb. Artıq texnikanın yarısı - 630-dan artıq taxılyığan kombayn, traktor, mini texnika Aqrolizinq ASC xətti ilə ölkəyə gətirilib.

Xəbər lenti

Xəbər lenti