...

AYİB Azərbaycan akvatoriyasında liman daşımalarının təkmilləşdirilməsi və limanların inkişafı proqramının hazırlanmasına $400 min həcmində qrant ayırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2005 16:38 (UTC +04:00)

Avropa yenidənqurma və inkişaf bankı (AYİB) Azərbaycan akvatoriyasında liman daşımalarının təkmilləşdirilməsi və limanların inkişafı proqramının hazırlanmasına $400 min həcmində qrant ayırır. Noyabrın 16-da Trend ə AR nəqliyyat nazirinin müavini Musa Pənahov bu barədə bildirib.

Onun sözlərinə görə, artıq danışıqlar aparılıb və texniki sənədlər hazırlanıb. "Yaxın günlərdə qrant sazişinin imzalanması üçün tədbir keçiriləcək.Proqram çərçivəsində əsasən Azərbaycanın liman daşımaları və perspektivlərlə bağlı potensialının artırılması istiqamətinin öyrənilməsi nəzərdə tutulur.Proqram nazirliyin, liman daşımaları ilə məşğul olan müvafiq orqanların, eləcə də beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçiriləcək" -deyə o qeyd edib.

Nəqliyyat nazirliyi yanında Dəniz administrasiyasının fəaliyyətinə toxunan M.Pənahov qeyd edib ki, administrasiya artıq fəaliyyət göstərməyə başlayıb və nazirlik tərəfindən onun tam işinin təşkili üçün tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti