...

Azərbaycanın Maliyyə Nazirliyi aksiz markalarının çapı üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 13:01 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi aksiz markalarının hazırlanması üzrə tender elan edib. Maliyyə Nazirliyindən Trend ə verilən məlumata görə, tender yüksək poliqrafik keyfiyyətlə hazırlanmasına və Azərbaycanda istehsal olunan və ölkə ərazisində idxal olunan aksiz markaların razılaşdırılmış müddəti ilə əlaqədar elan edilib.

Tender prosedurası dekabrın 20-də Maliyyə Nazirliyinin binasınada keçiriləcək.Tender çərçivəsində pivəyə (50 miln ədəd), alkoqollu içikilərə (20 miln ədəd), tütün məmulatlarına (280 miln ədəd), tütün məhsullarına tətbiq edilən (300 milyon ədəd) aksiz markaları çap etmək təklif edilir.

Tender Azərbaycan Respublikasının "Dövlət tədarükü barədə" Qanuna müvafiq həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti