...

Azərbaycan mütəxəssisləri kənd təsərrüfatı məhsullarının istehsalı üzrə yeni texnologiyaların təcrübəsi ilə tanış olacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 14:49 (UTC +04:00)

Azərbaycan mütəxəssisləri kənd təsərrüfatı məhsullarının istehsalı üzrə yeni texnologiyaların təcrübəsi ilə məşğul olacaqlar. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, bu, Quraqlıq ərazilərdə kənd təsərrüfatı tədqiqaqtlarının Beynəlxalq Mərkəzinin ICARDA (International Center for Agricultural Research in the Dry Areas) təşkil etdiyi beynəlxalq konfrans zamanı mümkün olacaq. Tədbir noyabrın 19-dan 20-ə kimi Daşkənddə keçiriləcək.

Nazirlikdən bildirilib ki, tədbirdə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin elmi -aqrar mərkəzinin mütəxəssisləri və Milli Elmlər Akademiyasının Eroziya İnstitutunun mütəxəssisləri iştirak edəcək.

Konfransda kəndj təsərrüfatı məhsulları istehsalının texnologiyaları, istehsalının həcminin artırılması üzrə yeni texnorlogiyanın tətbiqinin səmərəliliyi, eləcə də bu istiqamətdə müxtəlif ölkələrlə təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi sahəsində əməkdaşlığını genişləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti