...

2006-cı ildə Azərbaycan dövlət büdcəsi defisitinin yüksək həddi 188 mln. denominasiya edilmiş manat səviyyəsində planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 18:06 (UTC +04:00)

2006-cı ildə Azərbaycan dövlət büdcəsi defisitinin yüksək həddi 188 mln. denominasiya edilmiş manat səviyyəsində planlaşdırılır. Trend bildirir ki, Azərbaycan prezidentinin imzaladığı "2006-cı ildə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" qanuna əsasən onun daxili və xarici olmaqla iki mənbə hesabına ödənməsi planlaşdırılır. Beləliklə, daxili mənbənin payına 170 mln. manat, o cümlədən özəlləşdirmədən 40 mln. manat həcmində daxilolmalar və dövlət qısa müddətli istiqrazların satışından 130 mln. manat həcmində daxilolmalar; xarici mənbənin payına isə 18 mln. manat düşür.

AR dövlət büdcəsinin 2006-cı ildə gəlirləri 3 406 315.3 min manat, xərcləri isə 3 594 315.3 min manat həcmində təsdiq olunur.

Həmin qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

Ümumi gəlirlər strukturunda mərkəzləşdirilmiş gəlirlər 3 187 200 min manat, yerli gəlirlər isə 219 115.3 min manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri strukturunda mərkəzləşdirilmiş xərclərə 3 019 836.0 min manat, yerli xərclərə isə 574 479.3 min manat düşür.

Diqqətəlayiqdir ki, şəhərlərin və rayonların yerli gəlirlərinə Bakı istisna edilməklə Azərbaycanın bütün şəhər və rayonlarından alınan bütün gəlirlərin 100%-i daxildir.Bakı üçün isə yerli gəlirlərin göstəricisi şəhərin bütün gəlirlərindən 6,97% təşkil edəcək, qalan 93,03% isə mərkəzləşdirilmiş gəlirlər strukturunda hesablanacaq.

Dövlət büdcəsində həmçinin Azərbaycan Respublikasının həcmi 160 mln. manat olaraq göstərilən daxili dövlət borcunun yüksək həddi və həcmi 540 mln. manat olan xarici dövlət borcunun yüksək həddi təsdiq olunub.

Prezident tərəfindən "2006-cı ildə Azərbaycan Respublikasının Dövlət büdcəsi haqqında" qanunun tətbiq edilməsi barədə Fərman imzalanıb.

Xəbər lenti

Xəbər lenti