...

TİKA Azərbaycan sahibkarlarına texniki yardım göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2005 11:00 (UTC +04:00)

Azərbaycan sahibkarlar təşkilatı Milli konfederasiyası (ASTMK) Türkiyə Nazirlər Kabineti yanında beynəlxalq əməkdaşlıq və inkişaf Təşkilatına (TİKA) bir sıra layihələr təqdim edib. Bu barədə Trend ə ASTMK-nın prezidenti Ələkbər Məmmədov Türkiyənin əmək və sosial təhlükəsizlik nazirliyi tərəfindən noyabrın 17-18-də Ankarada Türkiyə beynəlxalq əməkdaşlıq agentliyinin dəstəyi ilə keçirilən 4-cü beynəlxalq "Peşə sağlamlığı və əməyin təhlükəsizliyi" konfransının yekunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu layihələrdən biri "Sağlamlıq və əməyin təhlükəsizliyi" layihəsidir. Layihənin məqsədi sahibkarları bu məsələrlə bağlı maarifləndirməkdir. " Biz Türkiyə praktikasının öyrənilməsində və peşə xəstəliklərini ləğv etmək üçün informasiya alınmasında maraqlıyıq" -deyə o bildirib.

Ə.Məmmədov deyib ki, ikinci layihə qadın sahibkarlığının inkişafında maarifləndirmə aparılmasıdır. "TİKA bu layihələrin gerçəkləşdirilməsində bizə texniki yardım göstərməyə hazırdır"-deyə o fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti