...

Azərbaycanda 176,6 min ton pambıq toplanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2005 14:04 (UTC +04:00)

2005-ci ilin yanvar -oktyabr aylarında Azərbaycanın emal müəssisələrində 176,6 min pambıq istehsal edilib. Trend in Dövlət Statğistika Komitəsinə istinadən yaydığı məlumata görə, bu göstərici 2004-cü ilin analoji dövründəkindən 50,6 min ton və ya 40,2% çoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən alınan məlumata görə, noyabrın 14-də olan vəziyyətə görə pambıq yığımının ümumi həcmi 183,5 min ton təşkil edir ki, bu da ötən ilin analoji dövründə olduğundan 52, 5 min ton çoxdur. 2005-ci ildə pambıq yığımı 185 min ton proqnozlaşdırılmışdı. Lakin mütəxəssislərin fikrincə, bu göstərici 200 min tona çata bilərdi. Bu il pambıq əkininin ümumi sahəsi 112 min hektar təşkil edib.

Azərbaycanda pambıq 21 rayonda, eləcə də Salyan-Muqan, Qarabağ və Şirvan iqtisadi rayonlarında yetişdirilir.

Ötən il pambıq əkini 77,7 min hektar sahədə həyata keçirilib, yığım 135 min ton olub.

Xəbər lenti

Xəbər lenti