...

Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyəti Budapeştə səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2005 13:43 (UTC +04:00)

Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyəti Budapeştə səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın İxracın Təşqviqi və İnvestisiyalar Fondundan məlumat verilib. Səfərdə məqsəd noyabrın 22-23-də macarıstanlı həmkarlarla danışıqlar aparmaq və hər iki ölkə arasında əməkdaşlığı genişləndirməkdir.

Nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, xüsusilə ət və süd məhsullarının, tikinti materiallarının istehsalı ilə məşğul olan 15-16 nəfər iş adamından ibarətdir. Biznes-forumda Macarıstanla qonşu olan Avropa ölkələri iş adamlarının da iştirakı planlaşdırılır.

Qeyd edək ki, səfər Azərbaycanın Macarıstandakı səfirliyi və İxracın Təşviqi və İnvestisiyalar Fondunun dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti