...

Azərbaycanın mütəxəsisləri beynəlxalq konfransda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2005 15:25 (UTC +04:00)

Azərbaycanlı mütəxəssislər kartofçuluq üzrə beynəlxalq konfransda iştirak edəcək. Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzindən Trend ə verilən məlumata görə, tədbir noyabrın 28-də Dehlidə öz işinə başlayacaq.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, kartofun virussuz toxumçuluğuna həsr olunmuş tədbirin təşkilatçıları Beynəlxalq Kartofçuluq Mərkəzidir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Tərəvəzçilik İnstitutunun mütəxəssisləri iştirak edəcəklər.

Konfransda virusların yayılmasının qarşısını almaqla kartof istehsalının həcmini artırmaq, yeni texnologiyanın tətbiqi, eləcə də bu istiqamətdə müxtəlif ölkələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Bundan əlavə, hazırda Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzinin və Eroziya İnstitutnun nümayəndələrindən ibarət Azərbaycanın nümayəndə heyəti Daşkənddə kənd təsərrüfatı məhsullarının istehsalında yeni texnologiyanın tətbiqi üzrə beynəlxalq konfransda iştirak edir. Bu tədbir Quraqlıq rayonlarda kənd təsərrüfatı tədqiqatlarının beynəlxalq mərkəzi ICARDA (International Center for Agricultural Research in the Dry Areas) tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti