...

ADDY idarəsinin nümayəndə heyəti Aşqabada yola düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2005 16:25 (UTC +04:00)

Noyabrın 20-də Azərbaycan Dövlət dəmir yolu (ADDY) idarəsinin sədri Arif Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 22-24-də keçirilməsi planlaşdırılan MDB və Baltikyanı ölkələrin dəmir yolu nəqliyyatı Şurasının 42-ci iclasında iştirak etmək üçün Aşqabada yola düşüb.ADDY idarəsində Trend ə bildirilib ki, iclasda dəmir yolu nəqliyyatına dair məsələlər, xüsusilə 41-ci iclasın qərarlarının yerinə yetirilməsi, 9 ay ərzində dəmiryol şəbəkələrinin işinin yekunları, sərnişin və yük qatarları qrafikinin normativləri, 2006-2007-ci illər ərzində beynəlxalq xətlə yük qatarları konteynerlərinin göndərilməsi planları, yük vaqonları uçotunun ilkin nəticələri, konteynerlərin uçotunun ilkin nəticələri və digər bu kimi məsələlər müzakirə ediləcək.

İclas çərçivəsində həmçinin Latviya, Litva, Estoniya və MDB ölkələrinin vaqon və konteynerlərindən birgə istifadəyə dair müqavilənin yerinə yetirilməsi, yük vaqonlarının artırılması, bunların müasirləşdirilməsi, dövlətlərarası qatarlarla sərnişin daşınması qaydalarına dəyişiklik və əlavələrin edilməsi, "İnfoset-21" informasiya ötürülməsi şəbəkəsinin qarşılıqlı hərəkətinin təmin edilməsi kimi məsələlər üzrə fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti