...

Bakıda "Azərbaycanın kadastrı" layihsinin yerinə yetirilməsinin təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2005 18:25 (UTC +04:00)

Noyabrın 22-də Bakıda İsveçrə hökuməti tərəfindən maliyyələşən "Azərbaycanın kadastrı" layihsinin yerinə yetirilməsinin təqdimatı keçirilib. Trend in xəbər verdiyi kimi, tədbirdə İsveçrə korporasiyasının Bakı ofisinin nümayəndələri, Dövlət Torpaq və Kartoqrafiya komitəsinin sədri Qərib Məmmədov və başqaları iştirak edib.

Q.Məmmədov bildirib ki, İsveçrə hökuməti 2003-cü ilin noyabrından həyata keçirilən bu layihəyə $2 mln vəsait ayırıb.

Onun sözlərinə görə, layihə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Ayrılmış vəsait hesabına müxtəlif avadanlıqlar və kompüter texnologiyaları alınıb.

Xəbər lenti

Xəbər lenti