...

Dünya bankının nəqliyyat üzrə missiyası Bakıya gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 12:47 (UTC +04:00)

Noyabrın 28-də Dünya bankının avtomobil yollarının inkişafı layihəsinin kuratoru Olivye Le Berin (Olivier Le Berr) başçılıq etdiyi missiya Bakıya gələcək. Bu barədə Trend ə AR nəqliyyat nazirliyində bildirilib. Səfərin məqsədi yeni Ələt-Astara-İran sərhədi avtomobil magistralının çəkilməsi və yenidən qurulması layihəsi ilə bağlı Azərbaycan hökuməti ilə müzakirələr aparmaqdır.

Bu layihənin dəyəri $350 mln.təşkil edir. Layihə Dünya bankı və Asiya inkişaf bankı tərəfindən maliyyələşdiriləcək.Vəsaitlərin 3/2 hissəsi DB, qalan hissəsi isə AİB tərəfindən təmin ediləcək.

Yeni dizayn ilə əlaqədar olaraq yolun uzunluğu 46 km. azalıb. Nazirlik 2006-cı ilin ortalarında tikinti işlərinin başlaması üçün texniki sənədləri və kredit sazişlərini hazırlamağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti