...

Kənd təsərrüfatının inkişafı və kredit verilməsi layihəsi çərçivəsində tədbirlər həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 18:38 (UTC +04:00)

Dünya Bankının Kənd Təsərrüfatının inkişafı Fondu (IFAD) ilə birgə maliyyələşdirdiyi "Azərbaycanda kənd təsərrüfatının inkişafı və kredit verilməsi" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, bu məqsədlə Dünya Bankının eksperti Frauke Yunqblutun başçılıq etdiyi missiya dövlət strukturndadır.

Azərbaycanla DB arasında bu layihənin reallaşdırılması barədə razılaşma 1999-cu ildə imzalanıb. Lakin onun həyata keçirilməsinə yalnız 2002-ci iln 2-ci rübündən başlanılıb. Layihənin reallaşdırılmasının birinci mərhələsinə $33,6 miln vəsait ayrılıb. 10 illik layüihənin dəyəri $100 miln dollar dəyərində qiymətləndirilir.

Layihə fermerlərin daşınmaz əmlakının qeydiyyata alınmasını, torpaqların qeydiyyata alınması və fermer təsərrüfatlarına kredit ayrılması üzrə regional idarələrin yaradılmasını nəzərdə tutur.

Layihənin birinci mərhələsi başa çatıb və dövlət strukturundan alınan məlumatlara görə, 5 illik ikinci mərhələnin əsas komponenti Azərbaycanın kənd təsərrüfatı tədqiqatları sistemində islahatların aparılmasıdır.

DB-nın missiyasının əsas məqsədi layihənin ikinci mərhələsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması və onların qiymətləndirilməsidir.

Xəbər lenti

Xəbər lenti