...

Azərbaycan prezidenti "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsilə bağlı əlavə tədbirlər barədə fərman imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 12:34 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Torpaq icraəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsilə bağlı əlavə tədbirlər barədə fərman imzalayıb. Trend in məlumatına görə, fərman dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarətin gücləndirilməsi ilə bağlı imzalanıb.

Bu fərmanla "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N-3, maddə 168; 2001-ci il, N-10, maddə 640, N-12, maddə 755; 2002-ci il N-12, maddə 723; 2003-cü il, N-10, maddə 577) 2-ci bəndinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilib:

"Həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Iergilər Nazirliyi həyata keçirir".

Eyni zamanda , ""Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli 828 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N-12, maddə 723) 2-ci bəndinin beşinci abzasında aşağıdakı dəyişhikliklər edilib:

"Torpaq icarısi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və ya özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Iergilər Nazirliyi həyata keçirir".

Fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti