...

İlham Əliyev "Azərbaycanda ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 12:57 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycanda ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Trend in məlumatına görə, bu sərəncam öləniş sistemlərinin inkişafını, eləcə də elektron ödəniş sistemlərindən iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin daha fəal istifadəsini, dövriyyədə olan nəqd pul kütləsinin nəqdsiz dövriyyəyə çevrilməsini təmin edilmək məqsədi güdür. Sərəncam həmçinin, Azərbaycanda 2005-2007-ci illərdə milli ödəniş sisteminin inkişafı üzrə dövlət proqramının tətbiqinə yönəlib.

Nazirlər Kabinetinə 2006-cı il yanvarın 1-dən dövlət büdcəsindən maliyyələşdirilən bütün təşkilatlarda, eləcə də dövlət müəssisələrində və dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə əmək haqlarının ödəniş kartları vasitəsilə ödənilməsinin təmin edilməsi tapşırılıb.

Pərakəndə ticarət müəssisələrində, ictimai qida və xidmət müəssisələrində müştərilərlə haqq-hesab aparılması üçün ödənşi kartları ilə xidmət göstərilməsi üçün Milli Bankla birgə bir ay müddətinə Pos-terminalların hazırlanması və prezidentin razılığı ilə Pos-terminallardan istifadəsi və istismarının bu sahədəki müvafiq beynənəlxalq standartlara uyğun həyata keçirilməsi təmin edilməsi tapşırılıb.

Rağitə və İnformasiya texnologiyları Nazirliyinə Pos-terminal aparatlarının quraşdırıldığı obyektlərdə keyfiyyətli və davamlı əlaqəni təmin etmək üçün tədbirlərin həyata keçirilməsi barədə göstəriş verilib.

İqtisadi İnkişaf Nazirliyinə Pos-terminalların quraşdırılmasının Sahibkarlığa yardım Milli Fondu tərəfindən 2006-cı il dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilməsi məqsədilə səlahiyyətli banklara kreditlərin ayrılması üçün tədbirlərin görülməsi tapşırılıb.

Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti