...

MDB üzvü olan ölkələri və Baltik dövlətlərinin dəmiryolu nəqliyyatı üzrə Şurasının iclası öz işini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 14:37 (UTC +04:00)

MDB üzvü olan ölkələrin və Baltik dövlətlərinin və Finlandiyanın dəmiryolu nəqliyyatı üzrə Şurasının və dəmiryolçuların nəqliyyat inşaatçılarının Benyləxalq Həmkarlar İttifaqları Konfederasiyasının 42-ci iclasının yekunları üzrə protokol imzalanıb. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmiryolu İdarəsindən məlumat verilib.

İmzalanmış sənəddə 2005-ci ilin 10 ayı ərzində dəmiryolları şəbəkəsində aparılan istismar işlərinin yekunları qeyd olunub və Şuranın bütün üzvləri üçün ümumi olan razılaşmaya bir sıra dəyişikliklər və əlavələr edilib. Burada Birlik üzvü olan ölkələrin dəmiryolu sisteminin qarşılıqlı fəaliyyətinin aspektləri əks olunub.

Eləcə də iclas çərçivəsində 16 dövlətin dəmiryolu nəqliyyatının rəhbərləri arasında ikitərəfli və çoxtərəli danışıqlar və məsləhətləşmələr aparılıb.

Xəbər lenti

Xəbər lenti