...

2006-cı ildə yeni manatlar tədricən dövriyyəyə buraxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 17:03 (UTC +04:00)

Dekabr ayı ərzində yeni pul nişanlarının buraxılması və respublikaya gətirilməsi təmin olunacaq. Bu barədə Trend ə Milli bankın sədr müavini Alim Quliyev bildirib. Lakin müvafiq fərmana əsasən, 2006-cı ildə həm köhnə, həm də yeni miqyaslı manatlar paralel olaraq dövriyyədə olacaq. Hazırda yeni manatın mərhələ-mərhələ dövriyyəyə buraxılması məsələsinə baxılır. Dövriyyədə 12 yeni nominal olacaq, hazırda onların sayı 7-dir.

"Köhnə əskinaslar yeniləri ilə yalnız 2006-cı il ərzində pararlel dövriyyədə ola bilər. Kommersiya bankları vəziyyətlərindən asılı olaraq onları dövriyyəyə buraxmaq imkanına malik olacaq, çünki bu əskinaslar 2006-cı il ərzində qanuni ödəmə vasitəsi olacaq. Buna görə də köhnə əskinasların dövriyyədə olması və kommersiya bankları tərəfindən təkrar dövriyyəyə buraxılması mümkündür", - deyə sədr müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti