...

Azərbaycanda ikinci sement zavodu tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 17:22 (UTC +04:00)

Sumqayıtda keçmiş Şamot (turşuya davamlı kərpiç) kərpiç zavodunun ərazisində sement zavodunun tikintisi başlayıb. Bu barədə Trend ə Uni Lizinq şirkətinin lizinq əməliyyatları Departamentinin direktoru Cavid Vəzirov bildirib. Onun sözlərinə görə, Uni Lizinq kərpiç zavodunun nəzarətsiz ərazisində yeni istehsalın yaradılması üçün lizinqə avadanlıq alınmasını maliyyələşdirir.

Yeni zavodun istehsal gücü saatda 16 ton olacaq.Bu, mini zavod hesab edilir, amma strateji baxımdan elə qurulub ki, Sumqayıtda ofşor zonanın iqtisadi inkişafı ilə bağlı olaraq bu zavoda tələbəat olacaq.İlkin mərhələdə sement istehsalının təşkilinə $250 min və klinker istehsalına da o qədər ayrılıb.

Avadanlıq Ukrayna və Rusiyadan tədarük ediləcək. Layihə "Turan" və "Çeşmə" tikinti şirkətləri tərəfindən gerçəkləşdirilir. Artıq ekologia və təbii sərvətlər nazirliyi və digər hakimiyyət orqanları ilə razılaşma əldə olunub.

Layihənin gerçəkləşdirilməsi nəticəsində əlavə iş yerləri yaradılacaq. Növbədə 30 nəfər işləyəcək, sement və klinker istehsalı isə fasiləsiz texnologiyaya əsaslanacaq.

Xəbər lenti

Xəbər lenti