...

Beş bank "Millikart" prossesinq mərkəzi vasitəsilə xidmət etməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 18:12 (UTC +04:00)

Azərbaycanın Milli bankı (AMB) "Azərikard" və "Millikart" prossesinq mərkəzləri arasında interfeys yaradılmasını təklif edir ki, bu da informasiya mübadiləsi etməyə imkan verir.Bu barədə Trend ə AMB idarə heyəti sədrinin müavini Alim Quliyev bildirib. "Bu məsələ dövlət proqramında da qoyulub və biz müzakirələrə artıq başlamışıq.Yəqin ki, mütləq olmalıdır, ona görə ki, əgər iki prossesinq mərkəzi arasında interfeys yoxdursa, onda vahid məkan yaratmaq mümkün deyil. Əgər AMB-nin mərkəzlərinə xidmət edən kartlar digər bankomatlarda işləməsə, onda bu natamam olacaq"- deyə A.Quliyev öz qənaətini bildirib.

Hazırda bu mərkəzlər arasında interfeys yaradılması məsələsi gündəmdədir, amma bunların birləşdirilməsi gələcəkdə həll olunacaq.

O, həm də bildirib ki, "Millikart" prossesinq mərkəzi artıq fəaliyyətə başlayıb. Hazırda onun beynəlxalq Iisa ödəmə sistemində sertifikatlaşdırılması başa çatıb ki, bu da ödəmə sisteminin tamhüquqlu üzvü olan Azərdəmiryolbank tərəfindən həyata keçirilir.İlin sonunadək isə MasterCard sistemində sertifikatlaşdırma ğaşa çatacaq. Bundan sonra Azərdəmiryolbankın kartları tamamilə "Millikart" vasitəsilə xidmət edəcək. Amma bu gün hələlik Iisa kartları bu mərkəzdə hazırlanır. MasterCard-da sertifikatlaşdırma prosesi orada maqnit kartları və çip-kartların sertifikatlaşdırılacağı ilə bağlı olaraq bir az gecikəcək.

Hazırda Azərdəmiryolbank tərəfindən 8 min MasterCard sistemli kartlar buraxılıb, Iisa kartları ilə birlikdə 10 min təşkil edir. Amma bu bankın rəhbəri Roman Əmircanovun da bildirdiyi kimi, bu gün kartların dörddə üçü "Millikart"da xidmət edir, qalanları isə "Azərikard"dan keçir. A.Quliyevin sözlərinə görə, bu gün bir sıra banklar az həcmdə olsa da, "Millikart" vasitəsilə kartların buraxılmasına başlayıb.Amma AMB-nin əməkdaşlarının kartları bu mərkəzdə buraxılır.

Bu gün beş bankla AMB-nin mərkəzinə qoşulma barədə danışıqlar aparılır, artıq AFBank, Debütbank, Gəncəbank və Azərtürkbank-ın bankomatları qoşulub və bunlar kartların buraxılmasına hazırlaşır. Beynəlxalq kartlar bir qədər mürəkkəb olduğu üçün onlar yerli kartlardan başlayıb.

Xəbər lenti

Xəbər lenti