...

Böyük Britaniya Milli Audit Ofisinin Bakıya səfəri 2006-cı ilin aprelinə planlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2005 14:15 (UTC +04:00)

Con Bornun rəhbərlik etdiyi Böyük Britaniya Milli Audit Ofisinin (NAO National Audit Office) Bakıya səfəri 2006-cı ilin aprelinə planlaşdırılıb. Azərbaycanın Hesablama Palatasından Trend ə verilən məlumata görə, əvvəlcə səfər oktyabrın sonuna təyin olunsa da, Britaniya tərəfinin cədvəlinin gərginliyilə əlaqədar onun tarixi daha gec müddətə təyin olunub.

HP-da bildirilib ki, hər iki maliyyə nəzarəti orqanı arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Səfərdə əsas məqsəd hər iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın inkişafı ilə bağlı memorandumda nəzərdə tutulmuş məsələlərin müzakirəsi və münasibətlərin genişləndirilməsində Hesablama Palatalarının rolunun artırılmasından ibarətdir.

Azərbaycanın Hesablama Palatası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Milli Audit Ofisi arasında qarşılıqlı anlaşma memorandumu 2003-cü ilin mayında Londonda Azərbaycanın HP sədri Namiq Nəsrullayev və Audit Ofisinin baş auditoru Con Born arasında imzalanıb.

Xəbər lenti

Xəbər lenti